11 C
Baku
Monday, November 25, 2024

“Nvidia”nın bazar kapitallaşması 3 trln. dolları keçib

“Nvidia”nın bazar kapitallaşması ilk dəfə 3 trilyon dolları keçib. 5 iyun 2024-cü il tarixində ticarətin bağlanışında çip istehsalçısının səhmləri 1224.4 dollar qiymətinə olub. Müqayisə üçün: fevralda qiymətli kağızların dəyəri 800 dolları keçməyib.

Kapitallaşma baxımından istehsalçı “Apple”ı qabaqlayır və hələ də “Microsoft”dan sonra ikinci yerdədir. Nəşr zamanı birincinin kapitallaşmasının 3.003 trilyon dollar, ikincinin isə 3.151 trilyon dollar təşkil edib.

“Nvidia” süni intellekt mikroçipləri bazarında üstünlük təşkil etdiyi üçün süni intellektin inkişafı dövrünün əsas benefisiarlarından biri olaraq qalır. Onun məhsullarını “Google”, “Microsoft”, “Amazon”, “OpenAI” və “Meta” şirkətləri alır.

Son xəbərlər
Digər xəbərlər