11 C
Baku
Monday, November 25, 2024

“Salesforce” B. Britaniyaya $4 mlrd. sərmayə qoyur və Londonda öz AI mərkəzini açır

Amerikanın korporativ proqram təminatı və bulud infrastrukturu istehsalçısı “Salesforce” Londonda ilk süni intellekt (AI) mərkəzini açacaq və Böyük Britaniyaya 4 milyard dollar sərmayə qoyacaq. İnvestisiya proqramı beş ili əhatə edir və yerli süni intellekt mütəxəssisləri ilə işləməyi, yeni tərəfdaşlar tapmağı və “Salesforce” biznesi üçün süni intellekt texnologiyalarının hazırlanmasını nəzərdə tutur.

London AI Mərkəzi iyunun 18-də rəsmi olaraq açılacaq və həmçinin süni intellekt mütəxəssisləri üçün təlim və inkişaf fəaliyyətlərinə ev sahibliyi edəcək. “Salesforce” həmçinin AI startaplarına və bu cür startaplarla işləyən vençur fondlara sərmayə qoymaqda maraqlı olduğunu bildirib.

“Londonda ilk və qabaqcıl AI mərkəzimizi açmaqla biz müştərilərimizə və tərəfdaşlarımıza aydın siqnal göndəririk – bu texnologiyalar bizim üçün çox vacibdir və biz bu sahədə hər kəslə sıx əməkdaşlıq etmək niyyətindəyik”, – deyə “Salesforce”nin Böyük Britaniya və İrlandiya rəhbəri Zəhra Bahrololumi bildirib.

Son xəbərlər
Digər xəbərlər