13 C
Baku
Saturday, November 23, 2024

“Bank of Baku”da yeni təyinat

“Bank of Baku”da yeni təyinat olub.

Banker.az xəbər verir ki, Aslanov Ceyhun Yusif oğlu “Bank of Baku”nun Proqramlaşdırma departamentinin direktoru vəzifəsinə təyin olunub.

Ceyhun Aslanov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsi üzrə bakalavr, 2008-2012-ci illərdə isə İstanbul Texniki Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə magistr dərəcələrinə yiyələnib.

C.Aslanov 2011-2012-ci illərdə HP şirkətinin İstanbul Texniki Universitetindəki ofisində proqramçı kimi çalışıb. Paralel olaraq Data mining, Bioinformatika sahələrində elmi araşdırmalar aparıb.

O, 2012-2014-cü illərdə GNİ software şirkətində proqramçı olaraq çalışıb.

Dövlət İpoteka Fondu, Dəmirbank, Expressbank, Atabank, Bank of Azerbaijan-da GNİ bank əməliyyat sisteminin tətbiqində aktiv şəkildə iştirak edib.

2014-2018-ci illərdə “Bank of Baku”da İT auditor, sonra isə proqramçı kimi çalışıb.

2018-2024-cü illərdə “Kapital Bank” tam daxili bank əməliyyat sisteminin yazılmasında və tətbiqində iştirak edib. Son 5 ildə həmin sistemə rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər