6 C
Baku
Sunday, December 15, 2024

“Azəraqrartikinti”nin 2023-də mənfəəti və gəlirləri azalıb

“Azəraqrartikinti” ASC 2023-cü ili 4 milyon 533 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ildə 6 milyon 88 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 25.5% azalıb.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 28 milyon 743 min manat (əvvəlki ilə nisbətən 30.4% az) təşkil edib.

Hesabat dövründə “Azəraqrartikinti” ASC-nin cəmi aktivləri 51 milyon 5 min manat olub ki, bu da 2022-ci ilə nisbətən 6% azalmadır. Şirkətin kapitalı 39 milyon 875 min manat, cəmi öhdəlikləri 11 milyon 130 min manat olub.

Son xəbərlər
Digər xəbərlər