Hərracda 17 faydalı qazıntı yatağı istifadəyə verilib. Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, faydalı qazıntı yataqlarından birinə edilən təklif start qiymətindən 30 dəfə çox olub.
Banker.az xəbər verir ki, 5 iyun tarixində keçirilmiş hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7.079 manatdan 201.000 manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1 üzrə təklif 15.000 manatdan 236.000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 13.897 manat olan “Kürdçü” qum yatağı 200.000 manata istifadəyə verilib.
Qeyd edək ki, hərracda qum, qum-çınqıl yataqları ilə yanaşı, gil, qranodiorit, andezit yataqları da investorlara istifadəyə verilib.
Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə https://bit.ly/45k7ZOU linki vasitəsilə tanış olmaq mümkündür.