Malavi vitse-prezidenti təyyarə qəzasında həlak olub

11:49

Malavinin vitse-prezidenti Saulos Çilima və daha 9 nəfər təyyarə qəzasında həlak olub.

Axtarış-xilasetmə əməliyyatından sonra radarlardan itən təyyarə Chikangava meşəsində tapılıb və bütün sərnişinlərin öldüyü məlum olub.

***

11:18

Bir gün əvvəl Malavi vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə radarlardan itib. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Yerli vaxtla saat 09:17-də paytaxt aeroportdan havaya qalxan təyyarə saat 10:02-də ölkənin şimalındakı Mzuzu hava limanına enməli idi. Saulos Çilima vəkil Ralf Kasambarın dəfn mərasiminə gedirdi.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi təyyarə qəzasında həlak olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər