5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda I rübdə aviaşirkətlər “karqo”dan 614 milyon manat gəlir əldə ediblər

Azərbaycanda 2023-cü ilin I rübündə hava nəqliyyatı ilə yükdaşımalardan aviaşirkətlərin gəlirləri artıb.

Banker.az xəbər verir ki, bu barədə rəsmi statistik rəqəmlərdə bildirilir.

Aviadaşıyıcılar ilin ilk rübündə 89.77 milyon manat və ya 17 faiz artaraq 614.25 milyon manat gəlir əldə ediblər. 2023-cü ilin analoji dövründə 524.48 milyon manat gəlir əldə ediblər.

Bunun da 613.92 mln. manatı xariclə ticarət əlaqələri ilə bağlıdır.

Artıma səbəb yükdaşımaların həcminin də yüksəlməsidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən I rüb ərzində aviadaşıyıcılar 102.5 min tonluq yük daşıyıblar və bu da 2023-cü ildəki göstəricidən 23 faiz yuxarıdır.

Qeyd edək ki, hava nəqliyyatı ilə yükdaşımalardan gəlir 2023-cü ildə 2 mlrd. 152.23 mln. manat olmaqla  2022-ci ildən 41% az olmuşdu.

Son xəbərlər
Digər xəbərlər