15 C
Baku
Saturday, October 19, 2024

ABB-də təyinat

Dövlət bankı ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, Ülvi Qasımov “ABB”nin Korporativ və KOS Satış Ofisinin rəhbəri təyin edilib.

O, 2018-ci ilin may ayından 2024-cü ilin iyun ayına qədər bankın Korporativ Biznes Departamentinin direktoru kimi çalışıb.

Ülvi Qasımov Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” üzrə bakalavr dərəcəsi, “Maliyyə Bazarları” üzrə isə magistr dərəcəsi alıb.

Qeyd edək ki, bundan əvvəl İdarə Heyətinin sədrinin əmri ilə Fariz Rəhimov ABB-nin Risk Ofisinin rəhbəri təyin edilib.

Son xəbərlər
Digər xəbərlər