Fevralın 8-dən “Bakı Fond Birjası” QSC-də (BFB) “Muğanbank” ASC-nin adi, sənədsiz, adlı səhmlərinin alternativ bazar seqmentində yerləşdirilməsinə başlanılacaq.
Birjadan Trend-ə verilən məlumata görə, emissiyanın həcmi 5 milyon manat, qiymətli kağızın miqdarı 25 min ədəd, nominal dəyəri isə 200 manatdır.
Anderrayter qismində “Unicapital” ASC çıxış edir.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.