11 C
Baku
Tuesday, November 26, 2024

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların ölkəyə tədarükü üçün keçid müddəti uzadılıb

Rusiyadan Azərbaycana stikerli məhsulların ixracı üçün keçid müddəti 2024-cü il dekabrın 31-dək uzadılıb.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında bildirilir.

“Rosselxoznadzor” etiketində Azərbaycan dilinə tərcüməsi olmayan məhsulların Azərbaycana keçid müddətinin 2024-cü il dekabrın 31-dək uzadılması barədə məlumat verir. Bu barədə qərarı Respublika Qida Təhlükəsizliyi Agentliyi verib”, – qurumun açıqlamasında bildirilib.

Qeyd edilib ki, amma bu halda mallar məlumatın Azərbaycan dilinə tərcüməsi olan stikerlərlə müşayiət olunmaqla idxal edilməlidir.

Bu müddət sonuncu dəfə 2024-cü il iyulun 1-dək uzadılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər