®Bank VTB (Azərbaycan) iyunun 11-də Bakıda Rusiya Günü münasibətilə tədbirin keçirilməsini dəstəkləyib.
Tədbirdə VTB-nin nümayəndələri, Azərbaycan nazirliklərinin əməkdaşları, din xadimləri, ictimai-siyasi və işgüzar dairələrin nümayəndələri, elm, mədəniyyət və təhsil xadimləri, jurnalistlər də daxil olmaqla 600-dən çox qonaq iştirak edib.
Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov tədbir iştirakçıları qarşısında salamlama nitqi ilə çıxış ediblər.
Bayram gecəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Rusiya və Azərbaycanda populyar əsərlərin musiqi konsert proqramı təqdim olunub.