17 C
Baku
Friday, October 18, 2024

“Göygöl Şərab Zavodu” 2023-cü il üzrə hesabat açıqladı

Azərbaycanda “Xan” brendi altında alkoqollu içkilər istehsal edən “Göygöl Şərab Zavodu” ASC-nin 2023-cü ili də zərərlə tamamladığı məlum olub və zərərin həcmi yüksəlib.

Banker.az bu barədə Zavodun illik audit hesabatına istinadən xəbər verir.

Belə ki, “Göygöl Şərab Zavodu” 2023-cü ildə 16 milyon 873 min manat əsas əməliyyatdan gəlir əldə edib və bu da illik müqayisədə 621 min manat və ya 4 faiz çoxdur.

2022-ci ildə alkoqol istehsalçısının gəlirləri 16 milyon 252 min manat təşkil etmişdi.

Bununla belə, zavodun əməliyyat xərcləri yüksəlməkdə davam edir. 2022-ci ildə 16 milyon 667 min manat əməliyyat xərci etdiyi halda, bu rəqəm 2023-cü ildə 18 milyon 209 min manata yüksəlib.

Digər bütün gəlir və xərclər fərqindən sonra “Göygöl Şərab Zavodu”nun xalis zərəri 1 milyon 407 min manata yüksəlib. Halbuki, Zavod 2022-ci ildə 789 min manat zərər etmişdi. Bu göstəricidən sonra zavodun illərin yığılmış zərərinin həcmi 16 milyon 222 min manata qalxıb. Bu səbəbdən də, cəmi kapitalın həcmi 41 milyon 699 min manata düşüb. Kapitalın 55 milyon 462 min manatı nizamnamə kapitalıdır.

“Göygöl Şərab Zavodu”nun aktivlərinin həcmi 66.29 mln. manat olmaqla, bunun 41.31 mln. manatını ehtiyatlar təşkil edir. Kassada cəmi 2.16 mln. manat pul vəsaiti var.

 

Son xəbərlər
Digər xəbərlər