10 C
Baku
Friday, December 13, 2024

Ekoloji hüquqpozmalarla bağlı 4 il ərzində 4.2 mln. manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib

2024-cü ildə COP 29 tədbirinə Azərbaycanın ev sahibliyi təsdiq edilib.

Banker.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən “Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfransda deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir:

“Prokurorluq olaraq biz də bu reallıqlara uyğun fəaliyyət göstərməliyik.

Azərbaycan Respublikası Baş Prokurorluğunda və yerlərdə ekoloji hüquqpozmalara qarşı mübarizə, maarifləndirmə və həmin qəbildən pozuntuların qarşısının alınması məqsədilə dərin ixtisaslaşma işi aparılıb.

2020-ci ildə təsis olunan Cinayət təqibindən kənar icraatlar idarəsi və yerlərdə həmin sahəyə cavabdeh olan rayon prokurorlarının köməkçiləri tərəfindən bu günədək 701 cinayət xarakterli məlumat araşdırılıb, 407 cinayət işi başlanılıb. 4.193.168 (dörd milyon yüz doxsan üç min yaz altmış səkkiz) manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Ümumilikdə, inzibati xəta haqqında işlər üzrə başlanılmış icraatlardan 418-i fiziki, 530-u vəzifəli, 84-ü hüquqi şəxslər barəsində olub. Bunların əhəmiyyətli hissəsi ekoloji pozuntularla bağlı olub.

Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun tələblərinə əsasən, idarə tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə 229 təqdimat və qanun pozuntularından çəkindirmək məqsədilə 197 rəsmi xəbərdarlıq edilib.

Qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması və dəymiş ziyanın ödənilməsi ilə yanaşı Baş Prokurorluq tərəfindən maarifləndirici, qabaqlayıcı və bərpaedici effekt daşıyan  ECOLEAD platforması formalaşdırılır.

“Biz bu layihəni Azərbaycan Respublikasının Ekologiya Və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti və bu sahədə fəal olan qeyri-hökumət təşkilatları  ilə qururuq.
ECOLEAD platformasının məqsədi maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin əlaqələndirilməsi, bu sahələrdə mövcud təcrübəni bölüşməklə çoxtərəfli münasibətlərin səmərəli təşkil edilməsi və inkişafının təşviqi, ətraf mühitin əleyhinə qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə pozuntuların qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.”

Baş Prokuror deyib ki, ECOLEAD platforması işinin əsasını “ECOLAB”, “Ecoclinic” və “Cərima Parkı – Təbiətin Qisası” komponentlər təşkil etməklə prokurorluq əməkdaşları, ekoloqlar, ali təhsil ocaqları və QHT-lərin birgə səyləri nəticəsində ətraf mühit əleyhinə cinayətlərin araşdırılması, bu sahədə pozuntuların qarşısının alınması, bu zaman toplanmış bilik və məlumatların paylaşılmasına yönəlir:

“Vahid istiqamətdə fəaliyyət göstərəcək peşəkarlar üçün formalaşan ECOLEAD platforması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin daha yaxşı həlli üçün tədqiqat ehtiyaclarını, ekoloji pozuntuların qarşısının alınması və həllinə maraqlı tərəflərin cəlb edilməsini, ekoloji sahədə peşəkarlararası dialoqun təkmilləşdirilməsinə xidmət edəcək”.

Son xəbərlər
Digər xəbərlər