SOCAR-AQS MMC, Nobel Oil Services və Archer Assets UK Limited-in birgə şirkəti nizamnamə kapitalını kəskin azaldır.
Banker.az xəbər verir ki, “Oğuz Drilling” MMC nizamnamə kapitalı dəyərinin azaldılaraq 100 manat məbləğində müəyyən edildiyini elan edir. MMC-nin buna qədər nizamnamə kapitalı 100 000 manat idi.
Xatırladaq ki, “Oğuz Drilling” MMC 2015-ci ildə yaradılıb və qanuni təmsilçisi Famil Xələfovdur.