6 C
Baku
Sunday, December 15, 2024

“Neman”ın gəliri və mənfəəti açıqlandı

“Neman İKF” MMC 2023-cü ili 3 milyon 594 min manat mənfəətlə başa vurub. 2022-ci ildə şirkət 1 milyon 881 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artımdır.

Banker.az bu barədə MMC-nin maliyyə vəziyyəti haqqında hesabata istinadən xəbər verir.

Ötən il “Neman İKF” MMC-nin əsas əməliyyat gəlirləri 29 milyon 633 min manat (əvvəlki ilə nisbətən 27% az) təşkil edib.

Hesabat dövründə “Neman İKF” MMC-nin cəmi aktivləri 37 milyon 727 min manat, cəmi kapitalı 12 milyon 278 min manat olub.

“Neman İKF” MMC 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 448 718 manatdır və direktoru Heydərov Kamal Şamil oğludur.

Son xəbərlər
Digər xəbərlər