Bolqarıstanın Nazirlər Şurası ölkənin yaşıl enerjinin Bakıdan Mərkəzi Avropaya (Azərbaycan-Gürcüstan-Avropa) ötürülməsini nəzərdə tutan “yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib.
Bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
“Təşəbbüs Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında regional enerji təhlükəsizliyini və əlaqəni gücləndirmək, təchizatın diversifikasiyası, Xəzər regionunda bərpa olunan mənbələrdən enerji istehsalı potensialından istifadə və milli enerji kompleksində bərpa olunan enerjidən alınan enerjinin payının artırılmasına əsaslanır”, – paylaşımda qeyd olunur.
Qeyd olunur ki, 20% səhm payının bərabər iştirakı ilə Bolqarıstan inkişaf etmiş elektrik ötürücü sistemi, qonşu ölkələrlə qarşılıqlı əlaqə, inkişaf etmiş elektrik enerjisi bazarı, bərpa olunan enerji mənbələrinə investisiya imkanları və yaşıl enerjiyə artan tələbat vasitəsilə layihədə mühüm rol oynaya bilər.