2 C
Baku
Saturday, December 14, 2024

IFC banklara problemli kreditlərlə bağlı məsləhət xidmətləri göstərə bilər

“Bizim nümayəndə heyətimiz cari və potensial partnyor banklara texniki yardımın göstərilməsi ilə bağlı məsləhətləşmələr aparacaqdır”. “Report” Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycanda daimi nümayəndəsi Aliyə Əzimovaya istinad edərək bildirir.

Aliyə Əzimovanın sözlərinə görə, məsləhət xidmətləri banklara onların indi qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq məqsədi ilə problemli kreditlər, risklərin idarə olunması və əməliyyatların səmərəliliyi sahəsində göstərilə bilər.

IFC həmçinin yeni məhsulların tətbiq olunması sahəsində də bank sektoruna məsləhətlər verə bilər, lakin yeni məhsulların tətbiqindən əvvəl maliyyə institutlarının diqqəti institutsional təkmilləşməyə yönəltmələri gözlənilə bilər. Bank sektoruna birbaşa dəstəklə yanaşı özəl sektorun inkişafına güclü təsir edəcək ardıcıl struktur islahatlarının çevik aparılmasına olan zəruriyyət də qeyd olunmalıdır; IFC Azərbaycan hökümətinə bu sahədə də yardım etməyə hazırdır.

IFC-nin nümayəndəsi təmsil etdiyi təşkilatın Azərbaycanın bank sektorunda olan vəziyyəti yaxından izləməsini və bazarın bu gün üçün reallığı nəzərə alınmaqla müştəri bankların ehtiyaclarını müzakirə etməyə hazır olduğunu bildirmişdir. IFC-nin səhmdar olduğu bankın birləşməsi ilə bağlı suala cavab olaraq Aliyə Əzimova bu məsələlərlə bağlı müvafiq banka müraciət etməyi məsləhət görmüşdür.

Son xəbərlər
Digər xəbərlər