10 C
Baku
Thursday, December 12, 2024

Tacikistan rus rublundan imtina etdi

Tacikistanda Rusiya rublu ilə göndərilmiş pul köçürmələrinin milli valyuta ilə verilməsinə başlanılıb.

Bu barədə “Kommersant” nəşri Tacikistan Milli Bankındakı mənbəyə istinadən bildirib.

Qərar yalnız Rusiya rublu ilə edilən pul köçürmələrinə aiddir və digər xarici valyutalara aid deyil. Milli Bankdan bildiriblər ki, qərar milli valyutanın kursunun saxlanılması və möhkəmləndirilməsi məqsədilə verilib.

“Kommersant”ın Milli Bankdakı başqa bir mənbəyi bildirib ki, hakimiyyət ölkəyə dolların böyük axınını təmin etməyə çalışır.

Tacikistan Milli Bankı 2015-ci ilin dekabrında xarici valyutanın çatışmazlığı ilə əlaqədar bütün valyuta mübadiləsi məntəqələrinin bağlanılması haqqında qərar qəbul edib. Vətəndaşlar və sahibkarlar valyutanı dəyişmək üçün banklara müraciət etməlidirlər.

Son il ərzində Tacikistanın milli valyutası olan somoni sürətlə ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən 1 Rusiya rublu 0,104 soma dəyişdirilir. Ölkədəki iqtisadi situasiyanı Rusiya iqtisadiyyatının vəziyyəti müəyyən edir. Milli Bankdan verilən məlumata görə, 2015-ci ildə ölkəyə pul köçürmələrinin 95 faizi Rusiyadan edilib. 2015-ci ilin ilk 9 ayına olan məlumata görə, Rusiyadan Tacikistana pul köçürmələrinin həcmi 1,054 milyard dollar təşkil edib. Halbuki, 2014-cü ilin analoji dövründə bu məbləğ 3 milyard dollara çatırdı.

Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, hazırda ölkədə Tacikistanın 800 mindən çox vətəndaşı var. Səkkiz milyon əhalisi olan Tacikistan planetin ən kasıb dövlətlərindən biri sayılır.

publika.az

Son xəbərlər
Digər xəbərlər