İri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərindən təmizlənib.
Yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Uçqun zamanı zədələnən elektrik dirəkləri və naqillər də yenilənib, qəsəbə və ətraf kəndlərə elektrik enerjisinin verilişi təmin edilib.