3 C
Baku
Saturday, December 14, 2024

Tarif Şurası Aİ-92 markalı benzin və dizelin qiymətində dəyişiklik etdi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Bu barədə Azərbaycan RespublikasınınTarif (qiymət) Şurasının Katibliyinin yaydığı məlumatda bildirilib.

Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər