“Neuralink” 2024-cü ilin iyun ayının sonunda ikinci xəstəyə beyin çipi quraşdırmalı olsa da, xəstənin səhhəti ilə əlaqədar əməliyyat təxirə salınıb. Bu barədə Barrou Nevroloji İnstitutunun (Barrow Neurological Institute) baş direktoru Maykl Louton bildirib, “Bloomberg” yazır.
Xəstənin səhhətində problemlər aşkarlanıb ki, bu da onu eksperimental cihazı sınaqdan keçirmək üçün yararsız namizəd edib. Əməliyyat, yəqin ki, 2024-cü ilin iyulunda həyata keçiriləcək. “Neuralink” şərh sorğusuna cavab verməyib.
İlon Maskın startapı 2024-cü ilin mayında ikinci xəstəyə beyin çipinin implantasiyası üçün icazə alıb. WSJ-in məlumatına görə, şirkət 2024-cü ildə Böyük Britaniya və Kanadadakı tənzimləyici orqanlara müraciət etməyi və çipi on nəfərə implantasiya etməyi planlaşdırıb.
Neyrotexnologiya sahəsində ixtisaslaşan şirkət beyin və kompüter arasında birbaşa əlaqə üçün interfeyslər hazırlayır. 2024-cü ilin yanvarında şirkət ilk dəfə qəza nəticəsində iflic olmuş Noland Arboya çip implantasiya edib.
“Neuralink”in növbəti məhsulu görmə qabiliyyəti məhdud olan insanlar üçün “Blindsight” çipidir.