21 C
Baku
Tuesday, October 1, 2024

Gələcəkdən gələn adam

İnternet-cəmiyyət 1941-ci il tarixli, yəni keçən əsrə aid kanadalı foto şəkillə sarsıldı. Şəkildə öz həm dövrlərindən açıq-aşkar seçilən bir kişi diqqəti çəkir. O dövrün insanlarından fərqli olaraq bu kişinin kifayət qədər müasir saç düzümü və gün eynəkləri, emblemli köynəyi və portativ foto kamerası var.

May ayının əvvəlində şəkilin müəyyən olunmasından sonra bir ay ərzində linkə daxil olaraq şəkilə baxan insanların sayı yarım milyona bərabər idi. Ətrafdakı insanlardan fərqlənən bu insanın geyimi, gün eynəkləri, foto kamerası XXI əsrə aid idi və heç şübhəsiz 72 il əvvəl Kanada da bunların heç biri yox idi.

Ekspertlər bu şəkili yaxından tədqiq etmişlər. Onlar kompüter təhlili ilə fonu, şübhəli şəxsi yaxından araşdıraraq burada fotoşopdan istifadə edilib edilmədiyini müəyyən etməyə çalışmışlar. Lakin burada onlar heç bir fotoşop izini müəyyən etməmişlər və bu insan o zaman həqiqətən o kütlə arasında olub. Entuziastlar isə belə bir nəticəyə gəlmişlər ki, zamanla səyahət etmək mümkündür.

Şübhəli skeptiklər 1940-cı illərə aid heç olmasa bir işarəni tapmaq üçün şəkillərə lupa altında baxmağa başladılar. Bu zaman onlar onun üzərində olan hər bir şeyi təhlil etməyə başladılar:

Gün eynəkləri: Əlbəttə ki, 1941-ci ildə kişilər gün eynəyindən istifadə etmirdilər. Əgər istifadə etsəydilər belə, mütləq ki, bu formada deyildi. Kütlə içərisindəki insanlara baxın – başqa heç kim onun kimi tünd eynəkdən istifadə etməyib. Onun eynəklərinə diqqətlə baxsanız eynəyin üç elementli dəri qayışlara malik olduğunu görəcəksiniz. Bu eynək sahibinin gözlərini küləkdən və şüadan qoruyurdu. Mütəxəssislərin iddia etdiyinə əsasən, bu formalı konstruksiya artıq 30-cu illərin sonunda alpinistlərdə var idi.

Ən böyük çətinliyi isə bu şəxsin geydiyi köynək yaratdı – pambıq və üzərində emblem olan köynək və o dövr üçün heç bir analoq tapılmadı. O dövrdə yalnızca trikotaj sviterlər var idi.

Nəticə: bu şəkili görən insanların təqribən 60% bu insanın gələcəkdən gəldiyini düşünür. 20% insan isə bu şəkildə fövqəltəbii heç nəyin olmadığını bildirib. Lakin bununla yanaşı şübhəlinin qəribə görünüşə sahib olduğunu etiraf etmişlər.

Son xəbərlər
Digər xəbərlər