10 C
Baku
Thursday, December 12, 2024

Ermənistanda da dollar panikası başladı

Keçmiş sovet respublikalarında milli valyutaların bir-birinin ardınca dəyərdən düşməsindən sonra növbə Ermənistan dramına çatır.

Banker.azın ARKA erməni agentliyinə istinadən xəbər verir ki, fevralın 4-də bu ölkənin Mərkəzi Bankı valyuta bazarına rekord həcmdə intervensiya edib və bazara öz rezervlərindən 29 milyon dollar çıxarıb.

Bu Ermənistan Mərkəzi Bankının bir neçə yüz milyon dollarlıq ehtiyatını nəzərə almaqla rekord intervensiyadır və dramın sürətlə dəyərdən düşməsinin qarşısını almaq üçün edilib. Buna baxmayaraq dram fevralın 4-də ucuzlaşıb və hazırda 1 ABŞ dolları 493 drama yaxındır. Bir gün əvvəl isə dollar 490 dramdan aşağı idi. Bildirilir ki, bu, 2014-cü ilin sonlarında dramın devalvasiyasından sonra baş verən ən kəskin ucuzlaşmadır.

Ekspertlər Ermənistan əhalisi arasında dollara panik tələbatın gözlənildiyini və bunun ilk əlamətlərinin özünü göstərməyə başladığını qeyd edirlər. Ötən il ərzində Ermənistan Mərkəzi Bankı bazara intervensiya etməklə dramın kursunu nisbətən sabit saxlaya bilib. Mərkəzi Bank ötən ilin yanvar-oktyabr aylarında bazara 282 milyon dollar çıxarıb, bunun 75 milyon dolları banklar tərəfindən alınıb.

Lakin dramın kursunun nisbətən sabit qalmasının əsas səbəblərindən biri kimi ötən il idxalın kəskin azalması göstərilir. Ermənistanda əhali onsuz da yoxsuldur və onların dollar almaq üçün “yastıq altında” çoxlu dramı yoxdur. Habelə Ermənistan iqtisadiyyatı Rusiya iqtisadiyyatından çox asılıdır. Bununla belə iqtisadçılar dramın növbəti kəskin ucuzlaşmasının qaçılmaz olduğunu deyirlər. Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər