19 C
Baku
Friday, September 20, 2024

R.Abdullayev: “Çalışacağıq ki, işçilərin əməkhaqlarını inflyasiyaya uyğun kompensasiya edək”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) çalışacaq ki, işçilərin əmək haqlarını inflyasiyanın səviyyəsinə uyğun kompensasiya etsin.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşündə məlumat verib: “Biz hər zaman əmək haqlarını artırırıq. 2007-ci ildə işçilərin əmək haqları 25% artırılıb. Hazırda SOCAR-da çalışanların əmək haqları digər dövlət müəssisələrində çalışanlara nisbətən kifayət qədər yüksəkdir. Amma bildiyiniz ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bizim də gəlirlərimiz azalıb, büdcədə kifayət qədər imkanlar yoxdur”.

R.Abdullayev buna baxmayaraq, faktiki inflyasiya hesablandıqdan sonra, müəyyən qədər kompensasiya edilməsinin düşünüldüyünü əlavə edib: “Çalışacağıq ki, müəyyən qədər kömək edək. Amma yenə qeyd edirəm ki, büdcə təşkilatlarının əmək haqqı ilə bizim əmək haqqı çox fərqlidir”. Report

@Bankeraz-ı twitterdən izləyin

 

Son xəbərlər
Digər xəbərlər