20 C
Baku
Tuesday, October 1, 2024

Tarixin ən sərt təhqirinin müəllifi təyin edildi

Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill tarixin ən sərt və hazırcavab təhqirinin müəllifi seçilib.

The Daily Mail-in bildirdiyinə görə bu, qalmaqallı amerikalı pianist və müğənni Liberace ilə bağlı filmin çəkilməsi ilə üst-üstə düşən sorğunun nəticələrinə görə müəyyən edilmişdir.

Beləliklə sorğunun nəticəsinə görə Çörçillin millət vəkili Bessi Breddokun onun sərxoş olması ilə bağlı etdiyi irada verdiyi cavab birinci pillədə yer almışdır.

O zaman Çörçill demişdi: “Əzizim, sizsə çox eybəcərsiniz. Səhər mənim sərxoşluğum keçəcək, amma siz eybəcər olaraq qalacaqsınız”.

Sorğuda ikinci pilləni isə ABŞ prezidenti Barak Obama tutmuşdur. Belə ki, ABŞ prezidenti Alyaska qubernatoru Sarah Palin-in ünvanına bu sözləri səsləndirmişdi: “Donuz nə qədər dodaq boyası vursa da, donuz olaraq qalacaq”.

Liberace-nin özünün səsləndirdiyi irad isə reytinqdə üçüncü pillədə yer almışdır. Pianist material müəllifinə demişdi: “Belə bir maraqlı yazı üçün təşəkkür edirəm. Onu oxuduqdan sonra banka qədər bütün yolu gülmüşəm”.

Liam Gallagher də öz növbəsində bu reytinqə daxil olmuşdu. O Spice Girls qrupunun keçmiş solisti Viktoriya Bekhemin kitab yazmaqla bağlı gələcək planlarına belə bir münasibət bildirmişdi: “O hətta saqqız çeynəməyi və düz gəzməyi bacarmırsa, hansı kitab yazmaqdan söhbət gedə bilər”.

Uinston Çörçill hazırcavab və inandırıcı natiq idi. Lakin onun sərxoş vəziyyətdə Bessi Breddok ilə olan qarşıdurması heç də yeganə hadisə deyildi. Ümumilikdə isə, bir çox britaniyalı hesab edir ki, İkinci dünya müharibəsi zamanı o ən yaxşı çıxışlarını elə sərxoş olarkən edib.

Son xəbərlər
Digər xəbərlər