12 C
Baku
Monday, November 25, 2024

Aİ Çindən idxal olunan elektromobillərə müvəqqəti rüsumlar tətbiq edib

Avropa Komissiyasının yaydığı məlumatda deyilir ki, Çindən idxal olunan elektrik avtomobillərinə rəsmi olaraq müvəqqəti əlavə rüsumlar tətbiq edilib.

Komissiyanın qərarına əsasən, əlavə rüsumlar fərdi olaraq üç Çin markalı elektrik avtomobilinə təsir göstərib: BYD brendi üçün rüsum 17.4%, Geely – 19.9%, SAIC – 37.6% səviyyəsində müəyyən edilib. Hökumətin subsidiya araşdırması zamanı əməkdaşlıq edən digər Çin markalarının elektrik avtomobilləri indi 20.8% əlavə rüsum ödəyir.

İyulun 3-də “Reuters” agentliyi hökumətdəki adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, Aİ ölkələrinin heç də hamısı rüsumlarla bağlı qərardan əmin deyil. Tərəfdarlar arasında Fransa, İtaliya və İspaniya, şübhəlilər arasında isə Almaniya, Polşa, Yunanıstan və Çexiya var.

Son xəbərlər
Digər xəbərlər