Bakı şəhərində ən çox orta aylıq əməkhaqqı alan rayonların siyahısı tərtib edilib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakıda orta aylıq əməkhaqları 1 aprel tarixinə 1,243.7 manat olub və bu, illik müqayisədə 8 faiz artımdır.
İnzibati ərazisində neft-qaz mədənlərinin düşdüyü Pirallahı rayonu ilk sırada liderliyini qorumaqdadır. Bu rayonda orta aylıq əməkhaqqı 2,251.5 manat təşkil etməklə keçən ilki göstəricidən 2 faiz yuxarı olub.
Suraxanı, Sabunçu və Binəqədi rayonları ölkə üzrə orta göstərici olan 1000 manatdan aşağıda qalmaqdadırlar.
Bakı şəhərində işçilərin orta aylıq əmək haqqı, rayonlar üzrə (manat) | |||
Şəhər | 1 aprel, 2024 | 1 aprel, 2023 | İllik +/- (%) |
Pirallahı rayonu | 2,251.5 | 2,207.0 | 2.0% |
Səbail rayonu | 2,135.3 | 1,986.4 | 7.5% |
Qaradağ rayonu | 1,490.6 | 1,475.5 | 1.0% |
Xəzər rayonu | 1,387.5 | 1,159.6 | 19.7% |
Bakı şəhəri (orta) | 1,243.7 | 1,151.7 | 8.0% |
Xətai rayonu | 1,252.2 | 1,144.6 | 9.4% |
Nəsimi rayonu | 1,207.7 | 1,088.9 | 10.9% |
Nizami rayonu | 1,087.8 | 1,048.3 | 3.8% |
Nərimanov rayonu | 1,040.6 | 1,010.8 | 2.9% |
Yasamal rayonu | 1,034.7 | 914.9 | 13.1% |
Suraxanı rayonu | 908.2 | 889.0 | 2.2% |
Sabunçu rayonu | 918.8 | 863.2 | 6.4% |
Binəqədi rayonu | 819.7 | 764.8 | 7.2% |