10 C
Baku
Wednesday, December 11, 2024

Bağça müəllimlərinin sertifikasiya qaydaları təsdiqləndi

Bu ay dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil verənlərin diaqnostik qiymətləndirmə öncəsi sınaq imtahanları keçiriləcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili şöbəsinin müdiri İlahə Rəsulova müsahibəsində deyib.

O bildirib ki, tərbiyəçi müəllimlərin və məktəbəqədər təhsil müəssisələrində çalışan metodistlərin sertifikasiyası ilə bağlı artıq qaydalar təsdiqlənib:

“Amma biz düşündük ki, sertifikasiyadan öncə insanları prosesə hazırlayaq. Diaqnostik qiymətləndirmənin iki məqsədi var. Birinci məqsəd sertifikasiyaya hazırlıqdır, ikinci isə onların təlim ehtiyaclarını aydınlaşdırmaqdır. Bununla yanaşı diaqnostik qiymətləndirmədən əvvəl məktəbəqədər təhsil müəssisələrində çalışanlar üçün könüllü sınaqlar da təşkil olunacaq. İki sınaq olacaq, həmçinin vebinarlar da təşkil ediləcək”.

O əlavə edib ki, artıq diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi hazırlanıb: “Sözsüz ki, bu imtahanda Azərbaycan dili, riyaziyyat kimi fənlər deyil, daha çox məktəbəqədər təhsil ilə bağlı metod, kurikkulum kimi aidiyyəti üzrə suallar salınacaq. İstifadə olunan ədəbiyyatlar da çərçivə sənədində qeyd olunub”.

Son xəbərlər
Digər xəbərlər