30 iyul 2007 -ci ildən Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevral 4-dən etibarən başlanılıb.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 268 min manatdan artıq kompensasiya ödənilib.