Türkiyənin müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azalıb.
Bunu Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz Orta Şərq Texniki Universitetinin Araşdırma mərkəzlərinin açılış mərasimindəki çıxışı zamanı deyib.
O bildirib ki, indi bu göstərici 20 faizdən də aşağıdır: “Halbuki 20 il əvvəl müdafiə sənayesi sahəsində xaricdən asılılığımız 80 faiz idi. Xaricdən asılılığın azalması təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət daşıyır”.