Amerika fond bazarında Dow Jones indeksi 1,10% – 16 027,05 bəndədək, S&P 500 1,42% – 1 853,44 bəndədək, NASDAQ isə 1,82% – 4 283,75 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 2,71% – 5 689,36 bəndədək, Almaniya DAX-ı 3,30% – 8 979,36 bəndədək, Fransa CAC-40-ı 3,20% – 4 066,31 bəndədək, ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 4,70 dollar azalaraq 1 193,20 dollara, gümüş isə 0,02 dollar ucuzlaşaraq 15,41 dollara satılıb.
APA-Economics