10 C
Baku
Wednesday, December 11, 2024

Bakı Fond Birjası növbəti dəfə zərər edib

“Bakı Fond Birjası” QSC 2023-cü ili də zərərlə tamamlayıb.

Banker.az BFB-nin audit hesabatına istinadən xəbər verir ki, ötən ili 368 min manat zərər edib və keçənilki zərərlə fəaliyyətini davam etdirib. 2022-ci ildə Birjanın zərəri 256 min manat idi.

Öncəki il qurumun ümumi əməliyyat xərci 2 milyon 773 min manat idisə, 2023-cü ildə 2 milyon 765 min manata qalxıb.

BFB 2 milyon 275 min manat gəlir əldə etməklə 2022-ci ili 3 faiz üstələyib.

Bu zərərdən sonra Birjanın 1 yanvar 2024-cü il tarixinə olan bölüşdürülməmiş mənfəəti 4 milyon 762 min manata düşüb.

Bakı Fond Birjasının aktivləri hesabat müddətində 6% azalaraq 11 milyon 262 min manata, öhdəlikləri 9% azalaraq 1 milyon 308 min manata düşüb.

32233 1231

Son xəbərlər
Digər xəbərlər