9 C
Baku
Monday, November 18, 2024

“ATL Tech” şirkətinin ötən il gəlirləri 2 dəfədən çox azalıb

“ATL Tech” MMC 2023-cü ili 367 min manat mənfəətlə başa vurub. Halbuki, 2022-ci ildən 282 min manat zərərlə çıxmışdır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il  “ATL Tech” MMC-nin gəlirləri 1 milyon 148 min manat (əvvəlki ilə nisbətən 2.3 dəfə azalma), satışın maya dəyəri 638 min manat (3.7 dəfə az) təşkil edib.

Şirkətin ümumi və inzibati xərcləri 292 min manatdan 78 min manata düşüb, kommersiya xərcləri 19 145 manatdan 19 312 manata çatıb.

Hesabat dövründə “ATL Tech” MMC-nin cəmi aktivləri 1 milyon 817 min manat, cəmi kapital 192 min manat, cəmi öhdəlikləri isə 1 milyon 624 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər