20 C
Baku
Saturday, September 28, 2024

Şirkət cihaz satışı və onlara xidmətdən 10.6 mln. gəlir, 1.76 mln. manat xalis mənfəət əldə edib

“Maybo” MMC 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayaraq, satış gəlirlərinin 2022-ci il ilə müqayisədə 15% artaraq 10 milyon 597 min manata çatdığını bəyan edib.

Banker.az xəbər verir ki, “Maybo”nun satışlarının maya dəyəri isə 7 milyon 968 min manat olub ki, bu da ötən ilin göstəricisindən 12% çoxdur.

Ümumi mənfəət 2022-ci ildəki 2 milyon 78 min manatdan 26.5% artaraq 2 milyon 629 min manata çatıb. Satış və dağıtım xərcləri 52 min manat, ümumi və inzibati xərclər isə 877 min manat təşkil edib. Digər əməliyyat gəlirləri və xərcləri isə 56 min manat olub.

Cəmi əməliyyat xərcləri 2022-ci ildəki 1 milyon 91 min manatdan 20% azalaraq 873 min manata düşüb. Bu göstəricilərin nəticəsində şirkətin xalis əməliyyat mənfəəti 2022-ci ildəki 987 min manatdan 78% artaraq 1 milyon 756 min manata çatıb.

Maliyyə xərcləri 30 min manat təşkil (illik: -16.7%) təşkil edib.

Nəticədə, bütün gəlir və xərclər fərqindən sonra “Maybo” MMC-nin xalis mənfəəti 2022-ci ildəki 809 min manatdan 68% artaraq 1 milyon 361 min manata çatıb.

Bu xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəət 4 milyon 963 min manat olub.

1 yanvar 2024-cü il tarixinə “Maybo”nun 9 milyon 155 min manat aktivlər, 4 milyon 192 min manat cəmi öhdəliklər və 4 milyon 963 min manat xalis aktivlərə sahibdir.

Xatırladaq ki, “Maybo” MMC 2011-ci ildə Midhət Qurbanəliyev tərəfindən Bakıda təsis edilib.  Sınaq və ölçmə sahəsinin əhəmiyyəti və qeyri-kafiliyi müşahidə edilmiş və bunun əsasında “Maybo” MMC yaradılmışdır.

123123 2111

Son xəbərlər
Digər xəbərlər