6 C
Baku
Sunday, December 15, 2024

Hindistanda müşahidə olunan iqtisadi artım Çini ötüb

Məlumatına görə, ekspertlər keçən il Hindistan iqtisadiyyatında 7.5% artım olduğunu bildiriblər. Çində isə artım 6.9% təşkil edib

Ekspertlər bildiriblər ki, yaxın keçmişdə belə bir təcrübə yaşanmasa da Hindistanın Çini ötəcəyi gözlənilən idi.

Beynəlxalq Valyuta Fondunun statistikasına görə, Hindistan iqtisadi artımına görə Çindən 1981, 1989, 1990 və 1999-cu illərdə üstün olub.

Hindistan hökuməti ötən ilin 4-cü rübündə iqtisadi artımın zəiflədiyini bildirsə də, artım Çindən geri qalmayıb. Rəsmilər həmin dövrdə iqtisadi artımın 7.3% təşkil etdiyini qeyd ediblər.

Ölkənin baş naziri Narendra Modi bir müddət əvvəl xarici ölkələrə səfəri zamanı investorları Hindistanda iş qurmağa çağırışmışdı. Lakin ekspertlər bürokratik əngəllərlə əlaqədar Hindistanda biznes fəaliyyəti ilə məşğul olmağın çətin olduğunu bildiriblər.

Hökumət bürokratik əngəlləri aradan qaldırmaq üçün parlamentə qanun layihəsi təqdim edib.

ANS Press
Banker.az Twitter’də

Son xəbərlər
Digər xəbərlər