MTM-in həyata keçirdiyi monitorinqin nəticələri göstərir ki, 2024-cü ilin iyun ayında Azərbaycanda onlayn mediada banklarla bağlı 4887 məqalə dərc edilib.
Banker.az xəbər verir ki, bu barədə “Media Təhlil Mərkəzi” İctimai Birliyi araşdırma aparıb.
Ötən ay dərc olunan məqalələrin 24,6%-i Kapital Bankın, 21,7%-i ABB-nin, 13,5%-i Paşa Bankın, 40,2%-i isə digər bankların fəaliyyəti ilə bağlı olub.
Ötən ay qeydə alınan nəticələri 2022 və 2023-cü illərin iyun ayındakı rəqəmlərlə müqayisə etsək, cari ildə onlayn medianın bankların fəaliyyətinə daha çox yer ayırdığını görərik. Belə ki, 2022-ci ilin iyun ayında Azərbaycanda onlayn mediada banklarla bağlı 1728, 2023-cü ilin iyun ayında isə 2385 məqalə dərc edilib.