Azərbaycanda hal-hazırda nəqliyyat parkında 4047 ədəd elektrik mühərrikli avtomobil mövcuddur.
Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin I yarımil üzrə icra vəziyyətinə dair iclasında Azərişıq” ASCin sədr müavini Ramil Yusifov deyib.
O bildirib ki, bu say tələbata uyğun olaraq artır.
“Elektrik mühərrikli avtomobillərə marağın artması ilə birlikdə batareyalara olan tələbat artacaq”,- deyə sədr müavini əlavə edib.