2023-cü ildə nəzarət çərçivəsində bank sektorunun maliyyə dayanıqlığı diqqətdə saxlanılıb. Hesabat dövründə AMB tərəfindən 6 bankda hərtərəfli yoxlama, 1 bankda isə tematik yoxlama həyata keçirilib.
Qeyd edilib ki, bu dövrdə AMB tərəfindən 4 sığortaçı və 1 sığorta agentində növbəti hərtərəfli yoxlamalar keçirilib.
Hesabat ilində qiymətli kağızlar bazarında tənzimləmə və nəzarət proseslərinin səmərəliliyinin artırılması, kapital bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, həmçinin bazarda tələb və təklifin dəstəklənməsi istiqamətində intensiv tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində 4 yoxlama təşkil olunub.