10 C
Baku
Wednesday, December 11, 2024

“Fitch” Azərbaycanın reytinqinə yenidən baxacaq

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi fevral ayının 26-da Azərbaycanın kredit reytinqinə yenidən baxmağı planlaşdırır.

İnterfaks xəbər verir ki, bunu “Sberbank Investment Research”in analitikləri bildiriblər.

“S&P yanvar ayının 29-da Azərbaycanın kredit mövqeyini bir pillə “BB+” qədər endirib. “Moody’s” fevralın 5-də Azərbaycanın kredit reytinqini “Ba1” pilləsinə qədər azaldaraq onu gələcəkdə də mövqeyinin endirilə biləcək mövqeyə yerləşdirib”, – “Sberbank Investment Research”in analitikləri tərəfindən hazırlanmış “Borc bazarları bu gün – 9 fevral 2016-cı il” analitik icmalında qeyd edilir.

Bu qərar neftin qiymətini ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsirinin nəticələri və onun maliyyə sabitliyi ilə şərtləndirilir. Reytinqin aşağı düşməsi iqtisadiyyatda kəskin çökmə və büdcə ödəmələrinə, eləcə də ödəmə balansına təzyiq nəticəsində meydana gəlib.

“Biz ehtimal edirik ki, o da Azərbaycanın reytinqini (hazırda reytinq “BBB”dir) azaldacaq. “Fitch”in bunu planlaşdırdığı zamandan öncə edəcəyi də istisna deyil”, – icmalda bildirilib. ( virtualaz.org )

 

Banker.az Twitter’də

Son xəbərlər
Digər xəbərlər