“Ziraat Bank Azərbaycan” ASC bu ilin 2-ci rübünü 8 milyon 129 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 4 milyon 129 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, hesabat dövründə “Ziraat Bank Azərbaycan” nın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
“Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri hesabat dövründə 24 milyon 333 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 26% artım, qeyri-faiz gəlirləri isə 7 milyon 857 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artımdır.
Hesabat dövründə bankın cəmi aktivləri ötən ilin son dövrü ilə müqayisədə 636 milyon 685 min manatdan 772 milyon 979 min manata, öhdəlikləri 519 milyon 709 min manatdan 646 milyon 837 min manata yüksəlib.