“Ziraat Bank Azərbaycan” ASC 2024-cü ilin ilk yarısında 8.13 milyon manat həcmində xalis mənfəət əldə edib və bununla 2023-cü ilin analoji dövrünü 97 faiz üstələmiş olub.
Banker.az bu barədə bankın cari ilin II rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.
Bank öncəki ilin ilk yarısı 4.13 mln. manat xalis mənfəət əldə etmişdi.
Bankın xalis mənfəəti ardından balansındakı bölüşdürülməmiş mənfəət 51.38 mln. manata yüksəlib.
Bank hesabat müddətində 24.33 mln. manat faiz gəliri, 7.86 mln. manat qeyri-faiz gəliri əldə edərkən, 8.11 mln. manat faiz xərci və 11.17 mln. manat qeyri-faiz xərci çəkib ki, bu da bankın 12.91 mln. manat əməliyyat mənfəəti etməsi deməkdir.
“Ziraat Bank Azərbaycan”ın aktivləri son 6 ayda 21 faiz artımla 772.98 mln. manata yüksəlib. Aktivlərin 425 mln. manatı kredit portfelidir. Bankın öhdəlikləri 646.84 mln. manat olub ki, bunun da 532.44 mln. manatı depozitlər təşkil edib.