Amerikalı iş adamı İlon Mask Donald Trampın seçki kampaniyasını dəstəkləyən “America PAC” siyasi fəaliyyət komitəsinə ayda 45 milyon dollar ayırmağı planlaşdırır, “The Wall Street Journal” mənbələrə istinadən yazır. “The New York Times” qəzetinin yazdığına görə, o, bu planları haqqında öz çevrəsinə danışsa da, fonda hələ vəsait göndərməyib.
WSJ-ə görə, “America PAC” 8 milyon dollardan çox vəsait toplayıb (hansı dövr üçün göstərilmir). NYT yazır ki, fond son bir neçə həftə ərzində Donald Trampın seçki kampaniyasını dəstəkləmək üçün təxminən 15 milyon dollar xərcləyib. Təşkilat rəsmi olaraq onun seçki qərargahı ilə əlaqəli deyil.
Ötən həftə “Bloomberg” yazıb ki, İlon Mask artıq “Amerika PAC”a əhəmiyyətli məbləğdə ianə edib. İlon Mask açıq şəkildə bildirib ki, o, Donald Tramp və ya Co Baydenin kampaniyasını maliyyələşdirməyi planlaşdırmır. İyulun 14-də Pensilvaniyada cənab Trampa qarşı sui-qəsd cəhdindən sonra İlon Mask onu dəstəklədiyini bildirib və Teodor Ruzveltdən sonra ən yaxşı namizəd adlandırıb.