Fevral ayının 15-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcəkdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək.
Sərnişinlərin arzu və təklifləri, eyni zamanda bu istiqamətdə sərnişin sıxlıgı nəzərə alınaraq, Fevral ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcəkdir.
Belə ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sayı 12 cütədək artırılacaq, yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcəkdir.
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 14:30, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 15:50, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək.
Bundan başqa, hər şənbə, bazar və bayram günləri sərnişin sıxlıgının azalması nəzərə alınaraq aşağıdakı elektrik qatarları hərəkətdə olmayacaq:
Bakı-sərnişin stansiyasından saat 05-00-da, 05-20-də, 05-35-də, 18-20-də, 19-15-də, Sumqayıt-sərnişin stansiyasından saat 06-50-də, 07-25-də, 07-45-də, 19-30-da, 20-40-da yola düşən.
Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
BAKI-SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT
C Ə D V Ə L İ
«15» fevral 2016-cı ildən
Qatar
№-si |
Bakıdan getmə
vaxtı |
İ s t i q a m ə t | Sumqayıt-sərn.
çatma vaxtı |
Qatar
№-si |
Sumqayıt-sərn.
getmə vaxtı |
İ s t i q a m ə t | Bakıya
çatma vaxtı |
|
6001 | 5-00 | Bakı- Sumqayıt-sərn. | 5-40 | 6002 | 6-50 | Sumqayıt-sərn. – Bakı | 7-30 | |
6003 | 5-20 | Bakı- Sumqayıt-sərn. | 6-00 | 6004 | 7-25 | Sumqayıt-sərn. – Bakı | 8-05 | |
6005 | 5-35 | Bakı- Sumqayıt-sərn. | 6-15 | 6006 | 7-45 | Sumqayıt-sərn. – Bakı | 8-25 | |
6007 | 5-50 | Bakı- Sumqayıt-sərn. | 6-30 | 6008 | 8-00 | Sumqayıt-sərn. – Bakı | 8-40 | |
6009 | 8-00 | Bakı- Sumqayıt-sərn. | 8-40 | 6010 | 8-50 | Sumqayıt-sərn. – Bakı | 9-30 | |
6011 | 8-50 | Bakı- Sumqayıt-sərn. | 9-30 | 6012 | 9-40 | Sumqayıt-sərn. – Bakı | 10-20 | |
6013 | 14-30 | Bakı- Sumqayıt-sərn. | 15-10 | 6014 | 15-50 | Sumqayıt-sərn. – Bakı | 16-30 | |
6015 | 17-25 | Bakı- Sumqayıt-sərn. | 18-05 | 6016 | 18-20 | Sumqayıt-sərn. – Bakı | 19-00 | |
6017 | 18-20 | Bakı- Sumqayıt-sərn. | 19-00 | 6018 | 19-30 | Sumqayıt-sərn. – Bakı | 20-10 | |
6019 | 18-40 | Bakı- Sumqayıt-sərn. | 19-20 | 6020 | 20-05 | Sumqayıt-sərn. – Bakı | 20-45 | |
6021 | 19-15 | Bakı- Sumqayıt-sərn. | 19-55 | 6022 | 20-40 | Sumqayıt-sərn. – Bakı | 21-20 | |
6023 | 19-50 | Bakı- Sumqayıt-sərn. | 20-30 | 6024 | 21-00 | Sumqayıt-sərn. – Bakı | 21-40 |
Trend