İndiyə qədər Naxçıvan Muxtar Respublikasında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 650-yə yaxın vətəndaşa ümumilikdə 31 milyon manatdan çox kredit verilib.
Bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.
“Bundan başqa, “Naxçıvan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına 400-ə yaxın vətəndaşa 18,6 milyon manat kredit alıb. Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində növbəti illərdə bölgədə ipoteka kreditləşməsinin dinamik inkişafı proqnozlaşdırılır”, – deyə o qeyd edib.