2016-cı ildə dünyada neftə olan tələbat sutkada 1,25 mln. barel artaraq və 94,21 mln. barelə çatacaq.
“İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) proqnozunda deyilir.
Təşkilatın özünün neftə olan tələbatı ötən illə müqayisədə gündəlik olaraq 1,8 mln. barel artaraq sutkada 31,6 mln. barelə çatacağı gözlənilir.
Yanvar ayında OPEC-in hasilatı xeyli artaraq sutkada 32,33 mln. barel təşkil edib ki, bu da 2015-ci ilin dekabr ayı ilə müqayisədə sutkada 131 min barel artım deməkdir.
Bununla belə, kartel xaricində neftin hasilatının gündəlik olaraq 40 min barel düşəcəyi ilə bağlı proqnozunu azaldıb. Təşkilatın qiymətləndirməsinə görə, bu göstərici sutkada 700 min barel azalaraq gündəlik 56,28 barelə çatacaq.
“APA-Economics”