Banker.az-a daxil olan məlumatlara görə, Sahibkarlığa Milli Kömək Fondu (SKMF) bağlanan bəzi bankların müştərilərindən kreditləri qeyri şərtsiz 1 ay ərzində bağlamağı tələb edib. Əks halda bu kreditlərin prokurorluğa verməsi ilə hədələmişdir.
SKMF dekabr 2015 tarixində GəncəBank-da yoxlama apararkən , bəzi şəxslərin kreditləri təyinatı üzrə istifadə etməməsi faktı aşkarlanmışdır.
Qeyd olunan şəxslərə, GəncəBankın lisenziyası ləğv ediləndən sonra SKMF tərəfindən bildirilmişdirki, kreditləri tam olaraq geri qaytarsınlar.
Müştərilər isə öz növbələrində bu çətin durumda kreditləri tam bağlamaq iqtidarında olmadıqlarını bildirmişdirlər. Qeyd edək ki, bu müştərilər arasında krediti vaxtı vaxtında ödəyən müştərilərdə az deyildir.
Təbii ki, SKMF hüququ vardırki kreditlərin təyinatı üzrə istifadəsini bu qaydada yoxlasın və müvafiq tədbirlər görsün. Lakin devalvasiyadan sonra əhalinin düşdüyü çətin durumuda nəzərə almaq yaxşı olardı.
Belə çıxırki, dövlət qurumu olan SKMF, bankın ləğvindən istifadə edərək, müştəriləri ciddi çətinliklərlə üz-üzə qoyur.