13 C
Baku
Friday, November 22, 2024

SOCAR karbon kreditlərinin növbəti satışına hazırlaşır

SOCAR Avropa bazarında karbon kreditlərinin növbəti satışına hazırlaşır.

Bunu “Əsrin müqaviləsi”nin 30 illiyi və Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri üçün SOCAR-ın Ekoloji Parkına təşkil olunan media-tur zamanı şirkətin Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı deyib.

Onun sözlərinə görə, SOCAR karbon kreditləri ilə bağlı artıq layihə həyata keçirib və uğurlu reallaşdırıb. Bu proses sızmaların aşkarlanması və aradan qaldırılması çərçivəsində həyata keçirilib. Nəticədə əldə olunan azalma həcmləri Almaniya bazarlarında (birja – red.) satılaraq, SOCAR tərəfindən təkrar “yaşıl” layihələrə sərmayə kimi cəlb olunub.

Mustafa Qurbanlı onu da qeyd edib ki, hazırda bu sahədə ikinci layihə həyata keçirilir. Layihə çərçivəsində 170 çox sızma müəyyən edilib ki, onların aradan qaldırılması nəticəsində 60 min tondan çox karbon dioksidin emissiyasının azaldılması gözlənilir.

“Bunun nəticəsində əldə olunan karbon kreditlərin Avropada, Almaniya bazarında satışı gözlənilir”, – departament rəisi bildirib.

Mustafa Qurbanlı əlavə edib ki, qeyd olunan sahədə Almaniyada qanunvericilik dəyişib, yeni tələblər müəyyən edilib və layihə bunlara uyğun olaraq təkmilləşdiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər