10 C
Baku
Wednesday, December 11, 2024

Rosneft neftin 10$-a qədər ucuzlaşacağını istisna etmir

Maliyyə alverçiləri ucbatından neftin bir barelinin qiyməti 10 dollara kimi düşə bilər. Mənbənin “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti İqor Seçin bəyan edib.

Londonda “International Petroleum Week” konfransında çıxış edən İ.Seçin deyib ki, alverçilərlə mübarizənin yolu neft hasilatının azaldılmasıdır: “İstehsalçılar tərəfindən mütəşəkkil olaraq neft hasilatının sutkada 1 milyon barel azaldılması dunya bazarındakı qeyri-müəyyənliyi aradan qaldıra bilər”.

O, hesab edir ki, 2016-cı ilin sonuna neftə tələb və təklifin disbalansı azala bilər, 2017-cı ilin axırlarına isə sutkada 0,5 milyon barel “qara qızıl”ın defisitini ehtimal etmək olar.

Trend

Son xəbərlər
Digər xəbərlər