Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas seqmentlərindən biri olan Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulmasına başlanılır.
Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, dəmiryolu xəttinin yenidən qurulmasının Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının genişləndirilməsi və yük ötürücülük qabiliyyətinin artırılmasına imkan verəcəyi bildirilir.