Azərbaycanda ipoteka kreditləri 2024-cü ilin ilk altı ayında (ilk yarımil) 8 faiz artaraq 3 milyard 920.8 milyon manata yüksəlib.
Banker.az-ın tərtib etdiyi renkinqə əsasən, ilk sırada dövlətin ABB-si öz mövqeyni qoruyub və portfel ilk yarımildə 11 faiz artımla 1 milyard 298.9 milyon manata yüksəlib.
İkinci sırada 610.5 mln. manatla (ilin əvvəlindən: +7.4%) “Kapital Bank”, üçüncü sırada 422.1 mln. manatla (+16.8%) “Xalq Bank”dır.
“Bank BTB” və “Azər Türk Bank” müvafiq olaraq 189.4 mln. manat 185.4 mln. manatla ilk beşliyi bağlayır.